Xan qızının önünə su çəkdirdiyi erməni kilsəsi - ARAŞDIRMA

GÜNDƏM 01.02.2023 2188

"Şuşada Qazançı kilsəsinin yerləşdiyi məhlənin insanlarının Ordubadın Qazançı kəndindən gəlməsi faktdır. Sonra həmin kilsə tikiləndə o, məhəllənin adına uyğunlaşdırılaraq "Qazançetsos" adlandırılıb. Gəldikləri yerə görə də bəzən "Qazançı" deyirdilər. Amma reallıq ondan ibarətdir ki, kilsənin tam adı "Qazançetsos" adlanır və sırf erməni kilsəsidir". 

Bunu "Saat14.az"a Şuşadan olan tarixçi Vasif Quliyev kilsənin real tarixi ilə bağlı araşdırmamız əsasında açıqlayıb.

Tarixçinin sözlərinə görə, kilsənin Albanlara aid olması iddiaları tamamilə absurddur və reallığı əks etdirmir.  Belə ki, indiyədək müxtəlif mənbələrdə sözügedən kilsənin XIX əsrin ikinci yarısında erməni kəndlilərin vəsaiti hesabına inşa edilməsi haqqında məlumatlar da həqiqətdən uzaqdır. 

Bəllidir ki, Şuşada ilk erməni kilsəsi olan Qazançının inşa edilməsindən yüz il əvvəl azərbaycanlılar bu şəhərdə öz dini memarlıq abidələrini ucaldıblar. Yəni bu kilsə inşa ediləndə Şuşanın 17 məhəlləsinin hər birinin öz məscidi var idi. Lakin Rusiya, İran və bir çox ölkələr də deyirdilər ki, "Şuşa kimin əlindədirsə, Qarabağ da onundur". Bunu elə 19-cu əsrin əvvəlində Qarabağ bölgəsinə köçürülən ermənilər də çox keçmədən anladılar. Ona görə də buralarda hər vəchlə öz izlərini qoymağa çalışırdılar. 

V.Quliyev bildirdi ki, kilsənin əsası Rusiyanın Sankt-Peterburq şəhərində "Sinod" (Xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas - red.) adlı ali məclisin qərarı ilə 1836-cı ildə qoyulub: "Kilsənin real tarixinə gəlincə, 1836-cı ildə Rusiyanın Peterburq şəhərində Sinodun - ali məclisin qurultayı keçirildi. Orda qərara alınıb ki, Şuşa şəhərində kilsə tikilsin. Bu da ermənilərin həmin ərazilərdə yerləşdirmək planlanı əsasında yaranmışdı. Onlar həm də rusların Qarabağdakı dayağı idi. Demək, 1836-cı ildə qərar çıxır, uzun illər sonra ərsəyə gəlir. O da Qafqazda ən böyük kilsədir, 3-5 günə tikilməsi mümkünsüz idi, hələ o dövrdə".

Qazançı Eçmiədzin erməni-qriqoryan kilsəsinin memarlıq xüsusiyyətləri əsasında inşa olunub. 

"Azərbaycanın "kiçik Paris"i yaranandan təxminən 125 il sonra su ilə təmin olunub. Xan qızı Xurşidbanu Natəvanın yüz min qızıllıq sərmayəsi əsasında saxsı borularla çəkilən bulaq da hörmət əlaməti olaraq öncə həmin kilsənin önünə çəkilib. O bulaq vasitəsi ilə çox sayda erməni susuzluqdan xilas olub", - tarixçi qeyd edib. 

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top