Naxçıvanın yeni rəhbəri: “Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - VİDEO

CƏMİYYƏT 27.12.2022 1434

“Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.

Saat24.Az xəbər verir ki, bu sözləri Prezidentin Naxçıvana yeni təyin edilmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək:

“Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

Daha ətraflı videomaterialda:

XƏBƏR LENTİ
23.03.2023 1909
23.03.2023 1998
21.03.2023 1230

DİGƏR XƏBƏRLƏR

Loading
Top