Naxçıvanın sabiq daxili işlər nazirinin məhkəməsinin vaxtı bilindi

GÜNDƏM 21.12.2022 1501

Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun kassasiya şikayəti üzrə şikayət icraata verilib.

Saat24.Az  xəbər verir ki, sabiq nazirin şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Kassasiya şikayətinə baxışla bağlı iclas 2023-cü ilin yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top