Deputat: “Ərzaq qiymətləri 60 faiz bahalaşıb, dərmanlar Türkiyə ilə müqayisədə 3 dəfə bahadır”

GÜNDƏM 25.11.2022 1885

“Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır”.

Saat24.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb.

O bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb.

“Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, - deyə o əlavə edib.

Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib.

“Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, - deyə Fazil Mustafa bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top