Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

GÜNDƏM 08.05.2024 5055

Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

"Saat24.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub:

"Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq".

O qeyd edib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: "Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar yeni korpusda keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə artıq düşünülür. Hesab edirəm ki, bir il ərzində kontingent sayı 10 mindən az olan bütün imtahanlar burada keçiriləcək. Təkcə regional bölmələrlə yox, müxtəlif ali məktəblər, tədris mərkəzləri ilə əlaqə yaradılacaq və kütləvi imtahanlar da elektron formata keçiriləcək. Bu həftədən imtahanlar başlayacaq. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq".

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top