Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi (FOTO)

CƏMİYYƏT 09.05.2024 1932
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

"Saat24.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Sahil Babayevun müvafiq əmri ilə qurumun İdarə Heyətinin sədri Anar Bayramovun təqdimatı əsasında Bədəlov Asif Arif oğlu sözügedən vəzifəyə təyinat alıb.


Ötən ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin olunan Hüseynzadə Həmid Vəli oğlu sözügedən vəzifəsindən azad edilib.


Həmid Hüseynzadə

Qeyd edək ki, Asif Bədəlov "Ekvita Consulting" şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert & Layihə rəhbəri vəzifəsində çalışıb. ƏƏSMN yanında DMX-nin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, Məşğulluğa dəstək Layihəsində (SEP-1), BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində İRİE sisteminin qurulması layihələrində layihə rəhbəri olub.


"Ekvita Consulting" MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğludur. Onun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu deyilir. Mehdi İlqarın rəhbəri olduğu şirkət Dövlət Sosial Müdafiə Fonduna rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətlərini də göstərib.

Ümumilikdə şirkət nazirliyin bir sıra tenderlərinin də qalibi olub.


İstisna edilmir ki, sözügedən təyinat da Asif Bədəlov ilə nazir müavinin qaynı arasında qohumluq əlaqələrindən irəli gəlir.

Xatırladaq ki, Anar Bayramov özü də "A-Group" özəl sığorta şirkətinin İdarə Heyətinin sədri olub. İdarə Heyəti sədrinin müavinləri - Ramin Rzayev "Azeract Consulting" MMC-nin direktoru vəzifəsini tutub, Rəşad Məhərrəmov isə bir sıra özəl şirkətlərdə yüksək vəzifələrdə çalışıb.

Qurumda rəhbər vəzifələrdə fəaliyyət göstərən əksər şəxslər özəl biznes qurumlardan təyinat alanlardır.
 
XƏBƏR LENTİ
13.07.2024 2880

DİGƏR XƏBƏRLƏR

Loading
Top