Batumi limanındakı bomba xəbəri yalan çıxdı – YENİLƏNİB

DÜNYA 22.11.2022 1255

İstehkamçılar Batumi limanında gəmidə partlayıcı qurğu tapmayıblar.

Bu barədə bazar ertəsi yerli TV25 telekanalı məlumat yayıb.

Məlumata görə, gəminin minalanması ilə bağlı xəbərdən sonra mümkün partlayıcı qurğunun axtarışı üzrə işlər dörd saatdan çox davam edib.

Axtarışlardan sonra yük terminalı normal fəaliyyətini bərpa edib.

19:21

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb.

Ölkə mediasının məlumatına görə, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar.

“Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, - liman işçilərindən biri jurnalistlərə bildirib.

Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu qoyulması ilə bağlı anonim zəng daxil olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.

Mənbə: apsny.ge

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top