Bayden 80 illik yubileyini ailəsi ilə birlikdə qeyd edəcək

Sadə xəbər
DÜNYA 21.11.2022 1176

ABŞ prezidenti Co Bayden 80 illik yubileyini ailəsi ilə birlikdə qeyd edəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, dövlət başçısı ənənəyə uyğun olaraq təmtəraqlı şənlik keçirməyəcək.

Xatırladaq ki, Bayden 20 noyabr 1942-ci ildə doğulub. 2021-ci ilin yanvarında isə o, ABŞ prezidenti olub.

Eyni zamanda, 1973-2009-cu illərdə senator, 2009-2017-ci illərdə Barak Obamanın dövründə ölkənin vitse-prezidenti vəzifəsini tutub.

Bütün müddət ərzində o, heç vaxt ad gününü Ağ Evin divarları arasında qeyd etməyib.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top