“Fransa həddini aşır və nüfuzunu itirir” - RƏY + FOTO

GÜNDƏM 18.11.2022 1501

Deputat qeyd edib ki, bəzi dövlətlərin, xüsusilə də Fransanın danışıqlarda yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan müxtəlif vasitələrlə Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Prezident Emmanuel Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanət, hörmətsizlikdir:

“Ümumiyyətlə, son 30 ildə Bakı-Paris münasibətləri ancaq inkişaf edirdi. Azərbaycan Fransanı Avropanın mədəni paytaxtı olaraq bir sıra məsələlərdə, yaradılan mexanizmlərdə daha çox dəstəkləməyə çalışıb. Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanıb imzalanması prosesində Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməsinə imkan yaratmışdı. Amma Emmanuel Makron bu fürsətdən istifadə etməkdənsə, Azərbaycanı qaralamaqla məşğul olur”.

M.Əfəndiyev hesab edir ki, öz xalqının maraqlarını təmin etmək, bunun üçün düzgün qərarlar vermək hər liderə nəsib olmur. O deyib ki, E.Makronun Azərbaycanla bağlı münasibətlərdə ortaya qoyduğu səriştəsiz mövqe bu günə qədər formalaşmış münasibətlərə böyük zərbə vurur:

“Hətta Paris artıq Avropa İttifaqının daxilində belə, söz sahibliyini itirir. Bu, Fransa liderinin mövcud məsələlərə qeyri-adekvat münasibət göstərdiyinin əyani sübutudur”.

M.Əfəndiyev bildirib ki, bu günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi, özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva edən qətnamə Fransa ilə Azərbaycan arasında götürülmüş ikitərəfli öhdəliklərin kobud şəkildə pozulması, uzun illərdir davam edən həm siyasi, həm də iqtisadi münasibətlərin sual altına qoyulmasıdır:

“Bu, nəinki Fransa-Azərbaycan münasibətlərinə, eyni zamanda bu günə qədər Avropa İttifaqı vasitəsilə həyata keçirilmiş bütün görüşlərdə əldə olunan birgə razılaşmalara, bu istiqamətdə göstərilən səylərə, ümumiyyətlə sülh istiqamətində atılan bütün addımlara böyük zərbə, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı edilən saymazlıq, hörmətsizlikdir”.

O söyləyib ki, Fransa Senatının qətnaməsi Azərbaycan xalqının hiddətinə səbəb olub, Milli Məclisin deputatları da cəmiyyətin mövqeyini nəzərə alaraq Fransa-Azərbaycan münasibətlərinin dayandırılması, mövcud əlaqələrə yenidən baxılması kimi qəti fikirlər, təkliflər səsləndiriblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top