Qarabağda Rusiya istehsalı olan PUA zərərsizləşdirilib

Sadə xəbər
GÜNDƏM 18.11.2022 1514

Dünən Azərbaycan Qoşunlarının Radioelektron mübarizə bölmələri Rusiya istehsalı olan “Orlan-10” PUA-sını Qarabağda endiriblər.

Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yayıb.

Mənbənin sözlərinə görə, kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı sülhməramlıların müvəqqəti məsuliyyət zonasında, Azərbaycan mövqeləri yaxınlığında zərərsizləşdirilib. Sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasına düşən PUA separatçılar tərəfindən aşkar edilib.

XƏBƏR LENTİ
17.05.2025 2359
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top