Rusiya administrasiyasının “müavin” təyin etdiyi qadın saxlanılıb

Sadə xəbər
DÜNYA 16.11.2022 1412

Rusiyanın Ukraynanın Xerson vilayətinə “təyin etdiyi” qondarma rəis müavini Yekaterina Qubareva yoxa çıxıb.

Bu barədə Rusiyanın “Telegram” kanalları yazır.

Qubarevanın itkin düşməsi barədə əri məlumat verib. Onun sözlərinə görə, Yekaterina sonuncu dəfə dünən, noyabrın 15-də Qeniçeskdə Xerson vilayətinin hökumət binası yaxınlığında görünüb.

Bundan sonra onunla əlaqə itib.

Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Yekaterina Qubarevanı iqtisadi sahədə cinayətkarlığa görə saxlayıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top