İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib - FOTO

GÜNDƏM 15.11.2022 2255

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üç metrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr edib.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top