Sabahdan məktəblərdə payız tətili başlayır

Sadə xəbər
GÜNDƏM 15.11.2022 1039

Sabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.

Saat24.Az xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Növbəti tədris günü noyabrın 21-dədir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

XƏBƏR LENTİ
12.05.2025 2280

DİGƏR XƏBƏRLƏR

Loading
Top