Sloveniyada ilk dəfə qadın prezident seçilib

DÜNYA 14.11.2022 1356

Sloveniyada keçirilən prezident seçkilərinin 2-ci turunda bülletenlərin 99,95 %-nin hesablanmasından sonra bitərəf namizəd, hüquqşünas Nataşa Pirs-Musar lider olub.

Bu barədə Dövlət Seçki Komissiyasının saytında dərc olunan məlumatda deyilir.

Dövlət Seçki Komissiyasının məlumatına görə, o, 53,88 faiz səs toplayıb. Respublikanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqara seçicilərin 46,12 %-i səs verib.

54 yaşlı Musar hüquqşünasdır, o seçkilərdən əvvəl insan haqları, qanunun aliliyi və sosial rifahla bağlı kampaniya aparıb. Nataşa Pirs-Musar ölkə tarixinə ilk qadın dövlət başçısı kimi düşüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top