DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir harada olub? - YENİLƏNİB

Sadə xəbər
CƏMİYYƏT 02.11.2022 1215

Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.

Saat24.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.

10:20

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.

Bu barədə Saat24.Az məlumat yayıb.

Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.

XƏBƏR LENTİ
17.05.2025 3214

DİGƏR XƏBƏRLƏR

Loading
Top