Tovuzda yanacaqdoldurma məntəqəsinin işi dayandırıldı - FOTO/VİDEO

GÜNDƏM 22.09.2022 1033

ovuzda yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin yenidən qurulması və genişlənməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmayıb;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin ərazisi vaxtlı-vaxtında yanar tullantılardan, zibildən, quru ot və yarpaqlardan təmizlənmir;

- ərazidə yanğın təhlükəsizliyinə dair xəbərdaredici lövhələr quraşdırılmayıb;

- elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

- yanacaq çənlərinin istismarı və təmiri qüvvədə olan müvafiq rəhbəredici sənədlərin tələblərinə uyğun aparılmayıb, çənlər layihəyə uyğun xüsusi ayrılmış ərazidə yerləşdirilməyib;

- obyekt icbari qaydada sığortalanmayıb və s.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Abulbəyli kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması barədə Qərar qəbul olunub.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top