Ukraynanın “Azov” alayının döyüşçüləri azad edildi

DÜNYA 22.09.2022 1379

Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib.

Məlumata görə, bu dəfə Ukraynanın “Azov” alayının döyüşçüləri azad edilib.

Mübadilə çərçivəsində keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Qeyd edilir ki, may ayında Rusiya V.Medvedçukun “Azovstal”ın müdafiəçilərinə dəyişdirilməsinə qarşı çıxıb. Bu mövqe onun Ukrayna vətəndaşlığının olması ilə izah edilib.

Yazda Medvedçukun Ukrayna Silahlı Qüvvələrində xidmət etmiş əsir Britaniya vətəndaşları ilə dəyişdirilə biləcəyi barədə də xəbərlər yayılıb. Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson demişdi ki, müvafiq qərarın qəbulu Kiyevdən asılıdır.

Mənbə: “RBK-Ukraina"

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top