Düşməni çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edən DSX şəhidləri

GÜNDƏM 15.09.2022 1330

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar:

Kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

Baş gizir Məmmədov Azər Mustafa oğlu;

Baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

Kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

Kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

Kiçik gizir Babazadə Elşən Sahib oğlu;

Baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

Baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top