Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

GÜNDƏM 05.09.2022 1205

Kəlbəcər istiqamətində mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top