Sudanda 112 nəfər daşqınların qurbanı olub

DÜNYA 05.09.2022 1346

Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Bu barədə bazar günü yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakət dörd mindən çox yaşayış binasının dağılmasına səbəb olub.

Qeyd edək ki, Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı hava şəraiti ilə əlaqədar bazar günü səhər öz işini qismən dayandırmaq məcburiyyətində qalıb. Bir neçə saatdan sonra ölkə ilə hava əlaqəsi bərpa edilib.

Xatırladaq ki, Sudanda yağışlı mövsüm maydan sentyabradək davam edir. Ötən il daşqınlar 80 nəfərin həyatına son qoyub.

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top