Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz Ermənistandan atəşə tutulub - RƏSMİ

GÜNDƏM 04.09.2022 1512

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top