Fransada qızmar istilər rekord sayda insan ölümü ilə nəticələndi

DÜNYA 04.09.2022 1400

Fransada qızmar istilərin yaşandığı 2022-ci ilin yayında son 19 ildə ən yüksək ölüm nisbəti qeydə alınıb.

Bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) məlumat yayıb.

Şiddətli istilər COVID-19 epidemiyasının yeddinci dalğası ilə üst-üstə düşüb.

Ölkədə iyul ayında gündə orta hesabla 1 750 nəfər ölüb. İyun ayında bu rəqəm 1 610 olub.

İyul ayında yüksək temperaturdan ölənlərin sayı COVID-19 epidemiyasının olmadığı 2019-cu ilin iyul ayı ilə müqayisədə 13 faiz artıb.

Yüksək ölüm nisbətinə görə Fransa tarixinə düşən 2003-cü ilin yayında 133 069 nəfər ölüb.

Mənbə: BFMTV

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top