Hillari Klintondan videosu yayılan Finlandiya baş nazirinə dəstək: O da fotosunu paylaşdı - FOTO

DÜNYA 30.08.2022 1218

Hillari Klinton 2012-ci ildə ABŞ dövlət katibi olarkən çəkdirdiyi fotosunu “Twitter” hesabında paylaşıb.

Şəkildə onun klubda rəqs etməsi əks olunub. Sabiq dövlət katibi bu paylaşımı Finlandiyanın Baş naziri Sanna Marinin qalmaqallı videolarına dəstək məqsədilə edib.

“Mən burada dövlət katibi qismində görüş üçün uçduğum Kartaxena şəhərindəyəm. Rəqs etməyə davam edin, Sanna Marin”, – deyə Hillari Klinton paylaşımda Finlandiya baş nazirinin hesabını qeyd edib.

“Hillari Klintona təşəkkür edirəm”, - deyə Sanna Marin cavab olaraq yazıb və şərhə ürək emojisi əlavə edib.

Hillari Klintonun fotosu 10 il əvvəl Kolumbiyaya rəsmi səfəri zamanı çəkilib.

 

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top