Sibirdə güclü istilər tundra meşəsinin yox olması ilə nəticələnə bilər

DÜNYA 28.08.2022 1191

Qərbi Sibirdə istiləşmə tundra meşəsinin yox olmasına səbəb ola bilər.

Bunu Rusiya Elmlər Akademiyasının Ural bölməsinin və Ural Federal Universitetinin aparıcı elmi işçisi Rəşit Xantemirov bildirib.

Onun sözlərinə görə, istiliyə görə ən şimaldakı meşəliklər artıq qapalı meşələrə çevrilir.

Qeyd edək ki, rusiyalı alimlər bölgədə hava temperaturunun son yeddi min il ərzində ən yüksək həddə çatdığını müəyyən ediblər. Məlum olub ki, əvvəlki minilliklərdə də istiləşmələr baş verib və sonradan havanın temperaturu tədricən aşağı düşüb. Lakin 19-cu əsrin ortalarından etibarən bir tendensiyanın dəyişməsi başlayıb. Yüksələn hava hərarəti artıq azalmaq bilmir və hər il yeni rekordlara imza atır.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top