Moskva vilayətində iş adamları onları yanğından xilas edən polisləri döyüblər – VİDEO

DÜNYA 24.08.2022 938

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində iş adamları onları yanğından xilas edən polisləri döyüblər.

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar polis ərazini mühasirəyə alıb və yoldan keçənlərə yanğına yaxınlaşmağa imkan verməyib. Bu zaman yanan məntəqələrin sahibi olduğu üzə çıxan bir neçə kişi orada heç olmasa nəyisə xilas etmək ümidi ilə binaya soxulmağa çalışıblar.

Patrul xidmətinin əməkdaşları onları yanan ticarət mərkəzindən uzaqlaşdırıblar. Proses zamanı satış məntəqələrinin sahibləri polisləri işdən çıxarılacaqları ilə hədələyib, geyimlərindən bəzi elemntləri qoparıb və döyüblər.

Üç sahibkar (Vardeks Şaqinyan, Edqar Manukyan, Andrey Dvoryadkin) dövlət məmurlarına hücum etdiklərinə görə saxlanılıb və onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Mənbə: “Ostorojno novosti”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top