Türkiyə Ukraynada sülhə nail olmaq üçün səyləri danışıqlar yolu ilə dəstəkləməyə çağırıb - FOTO

Sadə xəbər
DÜNYA 19.08.2022 1301

Türkiyə Ukraynada sülhün əldə olunmasına dair səyləri danışıqlar yolu ilə dəstəkləməyi münaqişənin həllinin yeganə yolu hesab edir.

Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabından bildirib.

“(Ukraynadakı münaqişənin) yeganə həlli müharibəni qızışdırmaq yerinə, hamının sülhü və danışıqlar səylərini dəstəkləməsidir”, - deyə o yazıb.

İ.Kalın vurğulayıb ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Lvova səfəri Ankaranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən çoxşaxəli diplomatik təşəbbüslərinin davamıdır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top