Göyçay rayon Mərkəzi Kitabxanasında "Xalq şairəsi-Mirvarid Dilbazi" adlı dəyirmi masa keçirilib-Foto

GÜNDƏM 18.08.2022 2045

Saa24.Az xəbər verir ki,17 avqust 2022-ci il tatixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairəsi Mirvarid Dilbazinin 110 illik yubileyi ilə əlaqədar "Xalq şairəsi-Mirvarid Dilbazi" adlı dəyirmi masa keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Xidmət şöbəsinin böyük kitabxanaçısı İlhamə Xəlilova açaraq Mirvarid Dilbazinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra söz baş kitabxanaçı Arzu Rəhimovaya verilib. O, şairənin "Bir ömür yaşadım" şeirini söyləyib. Baş biblioqraf Gülarə Bədirova şairənin zəhmətkeş qadın olmasından, keşməkeşli həyat yolundan məlumat verib. Sonda iştirakçılar şairənin kitablarından hazırlanmış sərgi ilə tanış olublar.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top