Göyçay rayonunda Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş "Poeziyamızın iftixarı" adlı ədəbi-bədii tədbir keçirilib-Foto

CƏMİYYƏT 16.08.2022 1406

 

Saat24.Az-ın məlumatına görə 15.08.2022-ci il tarixində Agdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-nin Əli Səmədli adına 3 saylı Arvan şəhər kitabxana filialında Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş "Poeziyamızın iftixarı" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Mehriban Məmmədova Xurşidbanu Natəvan haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra kitabxanaçı Mətanət Məhərrəmova şairin "Bənövşə" rədifli qəzəlini söyləyib. Tədbir iştirakçılarından Qalib Nuri Arif "Xan qızı Natəvan" adlı əsərindən danışıb. Çıxış edənlərdən şair-publisist Adil Məmməd Natəvanın ədəbi yaradıcılıgından, şəhər 7 saylı məktəbin dərs-hissə müdiri Aqil Kəngərli şairin keşməkeşli çətin həyat yolundan, rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Məlikova Aynur Natəvanın xeyriyyəçilik fəaliyyətindən danışıb. Tədbirin işıqlandırılmasında xüsusi əmək payı olan gənc və çox istedadlı televiziya işçisi Vasif Ayan da iştirak edib. A.Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov xalq və bəstəkar mahnıları ifa edərək tədbirə öz musiqi töhfələrini ərmağan edib.





 

XƏBƏR LENTİ
17.04.2024 3179

DİGƏR XƏBƏRLƏR

Loading
Top