Yanvar-iyul aylarında pensiya ödənişlərinin vəsaiti açıqlanıb

GÜNDƏM 16.08.2022 1051

2022-ci ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz (164 milyon manat) çox olmaqla 2 milyard 882 milyon manat vəsait yönəldilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pensiyalarda artım dinamikası davam edib. Bu ilin 1 avqust tarixinə pensiyaların orta aylıq məbləği 11,7 faiz artaraq 368 manata, yaşa görə orta aylıq pensiya 11,3 faiz artaraq 399 manata çatıb.

Cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, habelə pensiyaçılara maddi yardımların ayrılması təmin edilib. 1,2 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.

Yanvar-iyul aylarında 17,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 65,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top