Zibilxanalar istixana qazı metanının mənbəyi imiş

DÜNYA 14.08.2022 1362

Alimlər Hindistanda Dehli və Mumbay, Pakistanda Lahor, Argentinada Buenos- Ayresdən olan peyk məlumatlarından istifadə edərək hər bir şəhərdə davamlı olaraq yüksək miqdarda metan qazının hasil edildiyi xüsusi yerlər müəşahidə ediblər.

Məlum olub ki, şəhərlərdə bütün mənbələrdən ümumi qaz emissiyaları əvvəlki hesablamalardan 1,4-2,6 dəfə çoxdur.

Qeyd edək ki, metan istixana qazı emissiyalarının cəmi 11%-ni təşkil etsə də, atmosferdə karbon qazından 80 dəfə çox istiliyi saxlayır. Tədqiqatçılar hesablayıblar ki, bugünkü istiləşmənin ən azı 25%-i insan fəaliyyəti nəticəsində yaranan metan emissiyalarından qaynaqlanır.

Mənbə: ferra.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top