Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanası “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti tədbir keçirib-Foto

CƏMİYYƏT 10.08.2022 1338

 

Saat24.Az xəbər verir ki,Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında 09 avqust 2022-ci il tarixində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti tədbir keçirilib.
Tədbirdə H.B.Zərdabi muzeyinin, MKS-nin kənd kitabxana filiallrının və Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbiri Azərbaycanın birliyi ,bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz ruhunun bir dəqiqəlik sükutla yad etilməklə açan, İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq aparılan maarifləndirmə işlərinə cəlb edilənlər qrupunun üzvü , Zərdab rayon Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva qeyd etdi ki, Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyasının konsepsiyasi çoxzəngin, optimal, qəbulediləndir.
Bu gün Ulu Öndər Heydər Əliyevin nurlu ideayaları yaşayır və bu siyasi kursun layiqli davamçısı ,qalib ölkənin qalib prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızı daha parlaq gələcəyə aparır.
Çıxış edənlər- H.Zərdabi muzeyinin əməkdaşı Tavat Məmmədova, Əlvənd kənd kitabxana filialının müdiri Rəşad Şərifov, Mərkəzi Kitabxananın əməkdaşı Namiq Səfərəliyev - son illərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs etdilər. Bildirdilər ki,respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.Son illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb.
Tədbirdə bütün iştirakçıların ümumi bir fikri səsləndi. ”Azərbaycan dövləti, Azərbaycan Prezidenti xalqımızın güvənc yeridir . Azərbaycan xalqı öz Prezidentini çox sevir,həmişə dağ kimi onun arxasındandır ! ”.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top