Fransa qaz anbarlarını 100% dolduracağı vaxtı açıqladı

İQTİSADİYYAT 04.08.2022 1246

Fransada noyabrın 1-nə qədər qaz anbarını tam doldurmaq planlaşdırılır.

Bunu ölkənin energetika naziri Anyes Panye-Runaşe deyib.

“İndi biz strateji qaz ehtiyatlarımızı 80 faiz doldurmuşuq, qarşıya qoyduğumuz hədəfləri üstələyirik. Bu o deməkdir ki, biz qaz ehtiyatını noyabrın 1-nə kimi 100% dolduracağıq. Bu da bizim hədəfimiz idi”.

O, bütün fransızları, xüsusən də “ən böyük oyunçuları” “qaz və elektrik istehlakının azaldıldığına  əmin olmağa” çağırıb.

“Və bu, qlobal istiləşmə ilə mübarizə məqsədimizə uyğundur”, - deyə nazir bildirib.

“Əsas oyunçular, idarələr, müəssisələr istehlakı azaltmalıdırlar”, – deyə o əlavə edib.

Mənbə: Yevropeyskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top