“Whatsapp”a yeni funksiya gəlir - FOTO

Sadə xəbər
GÜNDƏM 02.08.2022 1290

“WhatsApp” tərtibatçıları tətbiqi yeni funksiya ilə təchiz etməyi planlaşdırırlar. Belə ki, artıq  messencerdə qrup administratorları üçün mesajların silinməsi ilə bağlı yeni seçim olacaq.

Bu seçim sayəsində qrup administratorları söhbətdəki bütün digər istifadəçilər üçün üzv mesajlarını silə biləcəklər. Mesajlar administrator tərəfindən silindikdə iştirakçılar onun adı ilə bildiriş alacaqlar.

Yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir. Bu funksiya hazırda bəzi “beta” istifadəçiləri üçün əlçatandır.

 

Mənbə: WABetaInfo

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top