Türkiyənin ən böyük hərbi gəmisinin sınaqları keçirilir

DÜNYA 31.07.2022 1483

Türkiyənin ən böyük döyüş gəmisi olaraq donanmaya daxil olmağa hazırlaşan “TCG Anadolu”nun müxtəlif sistemləri bir-bir sınaqdan keçirilir.

Məlumata görə, layihəyə Müdafiə Sənayesi Nazirliyi rəhbərlik edir.

Son olaraq, çoxməqsədli amfibiya gəmisinin naviqasiya sistemləri test edilib. Proses Sədəf Gəmiqayırma Zavodunda həyata keçirilib.

Sınaqlarda 12 “Aselsan” sistemi qiymətləndirilib.

Ümumilikdə, gəmidə şirkət tərəfindən hazırlanmış 36 sistem var. Döyüş sisteminin analizi, funksional və fiziki inteqrasiya, elektromaqnit uyğunluğu və müdaxiləsi, radarların kəsişmə sahəsi analizi kimi sistemlərin hazırlanması məhz “Aselsan” tərəfindən həyata keçirilib.

Çəkisi 27 min 436 ton, uzunluğu 231 metr və eni 32 metr olan gəmi Egey, Qara dəniz və Aralıq dənizi əməliyyat bölgələrində istifadə edilə, lazım gəldikdə Hind və Atlantik okeanlarına da çıxa bilər.

Mənbə: Anadolu

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top