Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Diyarşünaslıq evində ll Qarabağ müharibəsi qaziləri ilə görüş təşkil edilib-Foto

DÜNYA 29.07.2022 1525

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin 1 saylı şəhər kitabxana filialının və 1 saylı Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə “Gənclər qürur yerimizdir” adlı ll Qarabağ müharibəsi qaziləri ilə görüş təşkil edilib.
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları ilə tanış etmək məqsədilə qazilərlə görüşlər təşkil edilir, şəhidlərin ailə üzvləri və Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi ənənə halını alıb.
Saat24.Az-ın məlumatına görə 26 iyul 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı, 1 saylı Diyarşünaslıq evi ilə birgə ,,Gənclər qürur yerimizdir" adlı ll Qarabağ müharibəsi qaziləri ilə görüş təşkil edib.
Görüşdə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Zərdab rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Teyyub Xəlilov, Zərdab rayon Mərkəzi Kitabxananın əməkdaşları Leyla İsgəndərli, Xanım Abışova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin nümayəndəsi Sədi Hüseynov iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd edərək , Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Zərdabın igid oğullarının da əməyinin az olmadığlnı bildiriblər. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan zərdablı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər,dinimizin qazilərə, şəhidlərə verdiyi dəyər, torpağa, vətənə məhəbbətin müqəddəsliyi barədə fikirlərini bildiriblər.
Görüşdə iştirak və çıxış edən qazilər – Nizaməddin İbişzadə -Zəngilan, Qubadlı və Laçın, İntiqam Osmanlı- Füzuli,Cəbrayil ,Xocavənd, Ülvü Ələsgərov-Füzuli, Cəbrayıl, Laçın və Xocavənd və Nadir Mirzəyev- Xocavənd, Ağdam istiqamətlərində gedən döyüşlərin iştirakçıları müharibə ilə bağlı xatirələrini bölüşüb və göstərdikləri igidliklərindən bəhs ediblər. Onlar, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə kiçik yaşlı oxucular Vətənə,şəhidlərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya ilə çıxış ediblər.
Görüşdə qazilərə hədiyyələr təqdim edilib.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top