UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

GÜNDƏM 29.07.2022 958

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

 

“Report”un məlumatına görə, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstan “Fehervar”ına (2:1) və Kipr “Aris”inə (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

Üç komanda birlikdə ölkənin aktivinə daha 0,625 xal gətirib. Bunun hərəyə 0,250 xalı “ağ-qaralar”la “qırmızı-qaralar”ın, 0,125 xalı isə “qartallar”ın payına düşüb.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 15,125 xalla Polşa qərarlaşıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top