Prezident üç komissiyanın sədrini dəyişdi - SƏRƏNCAM

GÜNDƏM 28.07.2022 1834

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 


Sərəncama əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavininə deyil, iqtisadiyyat nazirinə tapşırılıb. Həmçinin, iqtisadiyyat nazirinin müavini komissiyanın üzvləri sırasından çıxarılıb. 

Bundan başqa, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində də dəyişiklik edilib. 

Dövlət başçısının müvafiq sərəncamına əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib. 

Eyni zamanda, Prezidentin digər sərəncamı ilə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top