Yaşı 40-ı keçənlər üçün TÖVSİYƏLƏR

GÜNDƏM 27.07.2022 1018

Yaşı 40-ı keçənlər təzyiqlərini, şəkəri və xolesterini daim nəzarətdə saxlamalıdır.

Bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikovun “Telegram” kanalında yayılan tövsiyədə bildirilir. Ekspert bu məsləhətlərin izləyicilərdən biri tərəfindən göndərildiyini, buna baxmayaraq, söylənilən hər bəndlə razılaşdığını vurğulayıb.

“40-dan 90-na” olanlar üçün tövsiyədə həmçinin triqliserid və sidik turşusunu yoxlamaq tövsiyə edilir.

“Bu yaş kateqoriyasında olanlar duz, şəkər, ağ un, süd məhsulları, işlənmiş qidalar və bulyon kublarının qəbulunu minimuma endirməlidirlər. Çoxlu miqdarda tərəvəz, paxlalılar, lobya, qoz-fındıq, yumurta, soyuq preslənmiş yağlar və meyvələr istehlak etmək lazımdır”, - deyə müəllif əlavə edib.

Bundan başqa insanlar çox gülümsəməyə, öz templərində idman etməyə, çəkilərinə nəzarət etməyə və ailələri ilə vaxt keçirməyə təşviq edilib.

“Su içmək üçün susamağı, istirahət etmək üçün yorulmağı, tibbi müayinədən keçmək üçün xəstələnməyi, Allaha inanmaq üçün möcüzələrin baş verməsini gözləməyin. Özünüzə olan inamınızı heç vaxt itirməyin”, - mətnin müəllifi yazıb.

O, bütün insanları pozitiv qalmağa və həmişə daha yaxşı sabaha ümid etməyə çağırıb.

“Üç şeyi unutmağa çalışmalısınız: yaşınızı, keçmişinizi, şikayətlərinizi. Həyatda vacib olan üç əsas şey isə bunlardır: dostlar, müsbət düşüncələr, təmiz və qonaqpərvər bir ev”, - deyə müəllif sözlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top