Məzunlara attestatlar təqdim olunub-Foto

CƏMİYYƏT 25.07.2022 1800

 

Saat24.Az xəbər verir ki,Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatlar təqdim olunub.
Mərkəzi Aran RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 8637 nəfər, XI siniflərini isə 6153 nəfər bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 103 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 104 nəfər təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur. Həmçinin ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində və həyatlarında uğurlar arzulayırıq.






 







XƏBƏR LENTİ
17.04.2024 3202

DİGƏR XƏBƏRLƏR

Loading
Top