“Sungur” silah sisteminin ilk partiyası Türkiyə ordusuna təhvil verildi – VİDEO

DÜNYA 25.07.2022 1256

Türkiyədə yerli hava hücumundan müdafiə sistemi “Sungur”un ilk partiyası ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.

Bu barədə Türkiyənin müdafiə sənayesi qurumunun rəhbəri İsmail Dəmir sosial şəbəkə səhifəsində yazıb.

O, yeni silahın hərbçilər üçün xeyirli olmasını arzulayıb.

Qeyd edək ki, “Aselsan” tərəfindən PUA-lar, helikopterlər və qırıcılar əleyhinə hazırlanan “Şahin” 40 millimetrlik fiziki məhvetmə sistemi “Sungur”un bir nəfər tərəfindən idarə olunan və çiyindən atılan versiyasıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top