“Ulduz döyüşləri”nin qəhrəmanı məhkəməni qazandı

DÜNYA 25.07.2022 1199

“Ulduz döyüşləri” filmindəki Rey Skauoker rolu ilə məşhurlaşan aktrisa Deyzi Ridli Londonda Ərazi Qoruma Komitəsinə qarşı tərk edilmiş evlə bağlı məhkəmə mübahisəsini udub.

Aktrisa 1,85 milyon funt-sterlinq dəyərində olan evi ailə ocağına çevirməyi planlaşdırıb. O, birinci mərtəbənin genişləndirilməsi üçün şəhər şurasına müraciət edib və köhnə tikilini sökmək üçün icazə istəyib. Aktrisa binanın digər hissələrinin də bərpasını həyata keçirməyi planlaşdırıb.

Lakin yerli Ərazi Mühafizə Komitəsi kino ulduzunun planlarına qarşı çıxıb. Qurum xəbərdarlıq edib ki, bu cür hərəkətlər qonşuların evlərinə zərər verə bilər.

İlk tələbi rəsmilər tərəfindən rədd edilən Ridli məhkəməyə müraciət edərək mövqeyini qoruyub. İndi, aktrisanın gələcək qonşularından heç bir etiraz olmazsa, o, öz niyyətini reallaşdıra bilər.

Qeyd edək ki, aktrisanın qonşuluğunda həmkarı Daniel Kreyq və müğənni Kreyq Devid kimi məşhurlar yaşayır.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top