Bakıdan Həştərxana gedən təyyarə eniş etmədən geri qayıdıb

GÜNDƏM 24.07.2022 1307

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətinin məlumatı

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top