Salyan gəncləri üçün “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib-FOTO

CƏMİYYƏT 24.07.2022 1342

Saat24.Az xəbər verir ki,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib. Beynəlxalq təlimçi Aynur Tağıyeva gənclərə “Ünsiyyətin növləri və funksiyaları”, “Ünsiyyət informasiya mübadiləsi kimi”, “Verbal və qeyri-verbal kommunikasiya”, “Psixoloji məsafənin zonaları”, “Ünsiyyət qarşılıqlı təsir kimi”, “Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi”, “Fiziki və sosial sima”, “Oreol və Yenilik effekti”, “Ünsiyyətin tərzləri”, “Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması”, “İnamlı ünsiyyət” və “Ünsiyyətdə empatiya” mövzuları haqqında məlumat verib. İnteraktiv keçən təlimdə gənclər inadlı, passiv və aqressiv ünsiyyət haqqında komanda işi edib. Komanda işində gənclər müxtəlif situasiyalara ünsiyyətin tərzlərini yansıdaraq təqdimat hazırlayıb və səhnələşdiriblər. Sonda təqdimatlar haqqında fikir mübadiləsi aparılıb və gənclər təlim haqqında fikirlərini bölüşüblər. Layihənin məqsədi region gənclərinin şəxsi inkişafına töhfə verməkdir.
 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top