Conson Britaniyadakı təlim poliqonunda Ukrayna hərbçilərinə baş çəkib - VİDEO

DÜNYA 23.07.2022 1506

Britaniyanın Baş naziri Boris Conson Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib.

Bu barədə videonu Böyük Britaniya hökuməti yayımlayıb.

“Bu həftə mən Şimali Yorkşirdə Britaniya Silahlı Qüvvələrində təlim keçən Ukrayna əsgərlərinə baş çəkdim. Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək üçün əlindən gələn köməkliyi etməkdə qərarlıdır”, - deyə videonun başlığında deyilir.

Kadrlarda Consonun küçə döyüşü ilə məşğul olan bir qrupla görüntüləri yer alıb. Görüntülərdə baş nazirin necə təlim qumbarası atdığını, iriçaplı pulemyotun arxasına keçdiyini və NLAW tank əleyhinə kompleksi işə saldığını görmək mümkündür.

Mənbə: Evropeyskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top