Qazaxıstanda qasırğa vilayəti müharibə meydanına çevirdi - VİDEO

DÜNYA 23.07.2022 1141

Qazaxıstanda güclü külək, leysan və dolu ilə müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində ağaclar və elektrik dirəklərində naqillər qırılıb, binaların damı uçub. Ən ağır vəziyyət Pavlodar vilayətində müşahidə olunub. Burada qasırğa nəticəsində feldşer-ambulator məntəqənin və məktəbin damı dağılıb, bir neçə evə ciddi zərər dəyib. Sakinlərin sözlərinə görə, yaşayış məntəqəsi bir saat ərzində müharibədə bombalanan əraziyə oxşayıb.

Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.

Sosial şəbəkələrdə təbii fəlakətin görüntüləri ilə bağlı kadrlar paylaşılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top