“Netflix” bu ilin ikinci rübündə təxminən bir milyon ödənişli abunəçini itirdi

DÜNYA 21.07.2022 1194

“Netflix”in bu ilin ikinci rübündə ödənişli abunəçi itkisi bir milyona yaxın olub, halbuki analitiklər bu zərərin iki milyon istifadəçi olacağını proqnozlaşdırmışdılar.

Bu barədə şirkətin saytında dərc olunan rüblük hesabatlarda deyilib.

Bildirilir ki, bu ilin aprelində Rusiya bazarından çıxması fonunda 200 min abunəçisini itirən şirkət ikinci rübdə zərərin iki milyon ödənişli abunəçiyə çatacağını proqnozlaşdırmışdı. Faktiki olaraq onların sayı 221,64 milyondan 220,67 milyona qədər azalıb.

Şirkət 2022-ci ilin üçüncü rübünün sonuna qədər pullu xidmət abunəçilərinin sayının təxminən bir milyon nəfər artacağını gözləyir.

Hesabat dövründə şirkətin gəliri 7,97 milyard ABŞ dollarını, mənfəəti isə 1,44 milyard ABŞ dollarını ötüb. Bu ilin birinci rübündə şirkət 7,86 milyard dollar gəlir və 1,59 milyard dollar mənfəət əldə edib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top