Azərbaycanlı şagirdlər Londonda 18 medal qazandılar

GÜNDƏM 19.07.2022 1143

Böyük Britaniyanın London şəhərində təşkil edilmiş Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər.

Final mərhələsində 30 ölkədən 90 layihənin iştirak etdiyi olimpiadada 18 şagirdimiz müxtəlif medallara layiq görülüb.

Olimpiada “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilib. Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdi Atilla Cəfərli, “Oxbridge Baku”nun şagirdi İbrahim Abdullayev “Enerji” kateqoriyası üzrə,  Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdləri Murad Seyidzadə və Səid Kərimli “Kompüter elmləri”, “Mühəndislik” kateqoriyası üzrə isə Cavidan Ağayev və Emil Babayev qızıl medal qazanıblar.

Həmçinin şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə on iki gümüş, iki bürünc medala layiq görülüblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top