ABŞ sakini “altıncı hissi” sayəsində milyon dollar qazandı

DÜNYA 13.07.2022 1210

ABŞ-ın Şimali Karolina ştatının Berlington şəhər sakini intuisiya sayəsində lotereya bileti alıb və cekpot udub.

46 yaşlı Entoni Pinniks şəhər mağazalarından birində ani lotereya bileti alıb. O iddia edir ki, onu bu addımı atmağa “altıncı hissi” vadar edib.

“Məndə bu bileti almalı olduğuma dair güclü bir hiss var idi”, - deyə o bildirib. Pinniks uduşunu tam şəkildə əldə etməyi seçib və 20 il ərzində hər il 50 min dollar (toplam 1 milyon dollar) almaq əvəzinə bir dəfəyə 426 min dollar alıb.

O, həyat yoldaşına yeni maşın almağı və pulun qalan hissəsini işə yatırmağı planlaşdırır.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top