ABŞ-da atışma: Ölən və yaralılar var - VİDEO

DÜNYA 20.06.2022 1289

ABŞ-ın paytaxtı Vaşinqtonda atışma nəticəsində bir yeniyetmə ölüb, biri polis olmaqla 3 nəfər yaralanıb.

Bu barədə Vaşinqton Polis Departamenti məlumat yayıb.

Qeyd edilir ki, hadisə “Vaşinqtonun mədəniyyətini yüksəldən təbliğat festivalı” kimi xarakterizə edilən “Moechella” festivalı ilə əlaqədar icazəsiz keçirilən tədbir zamanı baş verib.

Vaşinqton polisindən şübhəlilərin kimliyi və sayı barədə məlumat verilməyib.

Mənbə: Fox News

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top