Şassisində insanlarla havaya qalxan təyyarənin heyəti barədə qərar verildi – VİDEO

DÜNYA 14.06.2022 1054

Kabildən şassisində insanlarla havaya qalxan ABŞ-a məxsus C-17 hərbi-nəqliyyat təyyarəsinin heyəti barədə qərar açıqlanıb: ABŞ Hərbi Hava Qüvvələri hava gəmisinin ekipajının heç nəyə baxmayaraq uçuşa davam etməsinə bəraət verib.

Xatırladaq ki, faciə 2021-ci ilin avqustunda Əfqanıstanda “Taliban” hakimiyyətə gələrkən yaşanmışdı. Yüzlərlə ümidsiz insan qorxu içində “Həmid Kərzai” Beynəlxalq Aeroportuna hücum çəkərək təyyarələrlə ölkəni tərk etmək istəyiblər. Göyərtəyə daxil ola bilməyən insanlar təyyarənin şassisindən yapışıblar. Lakin C-17 uçuşa başladığı ilk dəqiqələrdə həmin insanlar bir-bir yerə çırpılıblar. Baş verən dəhşət anı kameralarla qeydə alınıb.

ABŞ Xüsusi Təhqiqatlar İdarəsi işi araşdırıb və ekipajın düzgün hərəkət etdiyi qənaətinə gəlib. Bundan əlavə, Hava Mobilliyi Komandanlığında qərargah hakimləri üçün vəkillərin ofisləri və ABŞ Mərkəzi Komandanlığı bu işlə maraqlanıb. Onlar eyni nəticəyə gələrək heyətin sözügedən hadisədə döyüş qaydalarına və silahlı münaqişənin ümumi qanununa əməl etdiyini bildiriblər.

Mənbə: 360TV

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top